Ana səhifə Diabet Diabet diş və diş əti müalicəsində bir maneə yarada bilərmi?

Diabet diş və diş əti müalicəsində bir maneə yarada bilərmi?

Diş müalicəsi üçün anesteziya tətbiq olunacaq xəstələrdə  epinefrin tərkibli anestetik dərmanlardan  qaçınılmalıdır. Əgər diabetik neyropatiya varsa bu qrup dərmanlar  çırpıntı və ürəkdə ritm pozğunluqlarına yol aça bilər. Kontrolsuz xəstələrdə ciddi diş müdaxilələrindən əvvəl tibbi kontroldan keçilməlidir. Qanaxma və infeksiya riskinə görə qanda şəkər yüksəkdirsə diş çəkilməsi  və dişəti müdaxilələri edilməməlidir. Əgər mümkünsə müalicə yaxşı şəkər kontrolu alınana qədər gecikdirilsin. Diş implantasiyası və digər cərrahi müdaxilələr zamanı optimal qlisemik kontrol və HbA1C dəyərləri 6,5-7,0 % civarında olmalıdır.
Lakin diabetin özü və insulin istifadəsi,ağız içi müdaxilələr  üçün heç bir maneə ya da təhlükə yaratmaz. Lazım olarsa,xəstələr antibiotik müalicəsini də rahatlıqla edə bilərlər.
Ağız boşluğu problemlərinin diabet müalicəsini çətinləşdirdiyi və şəkər kontrolunu pozacağı da nəzərə alınaraq bu problemlərlə vaxtında mübarizə aparmaq lazımdır.

Paylaş: