Qalxanabənzər vəzi niyə lazımdır?

Ölçüsü balaca olsa da bizim orqanizm üçün çox vacib orqandır.  Ürək döyüntüsü, dırnaqların qırılması, saçların normadan artıq tökülməsi,halsızlıq, depressiyaya meyillilik, hetta ehvali-ruhiyyəmizə təsir edir.

Uşaqlarda şəkərin norması neçə olmalıdır?

Uşaqlarda şəkərin norması 3,3-5,5 mmol / L arasında olmalıdır

Tez-tez tərləmənin səbəbi nə ola bilər?

Vitamin D çatışmamazlığı, hipotireoz, sinir sisteminin pozğunluqları və s. Dəqiq diaqnoz qoyulması üçün analizlər verilməli nəticəyə baxılmalıdır

Uşaqlarda gündəlik yod qəbulu nə qədər olmalıdır?

Gündəlik yod ehtiyacı  90-120 mkq olmalıdır

Atam şəkər xəstəsidir gözlərindəki narahtlığa görə artıq maşın sürə bilmir. Tamamən görmə qabiliyyətin itirə bilər mi?

Düzgün müalicə baş verə biləcək ağırlaşmaların qarşısını ala bilərlər.

Oğlum 13 yaş 3 aylıqdır . Boyu balacadır. Artacaqmı?

Sümük yaşını təyin etmək lazımdır. Əgər boy gerililiyi varsa, böyümə hormonu yetərsizliyinə bağlı müalicə olunmalıdır.

Atamda qanda glukoza 138 mg/dl çıxıb. Ağzında quruluq olur. Bu normaldırmı ?

Atanızda qan şəkər acqarınadır ya toxqarına? Bunu dəqiqləşdirmək lazımdır. Damar (vena ) qanından yoxlanılmışdır? Əgər aclıq qan şəkəri isə, ikinci dəfə təkrar damar qanından yoxlayın.Yenidən 126mg/dl və üzərində olarsa, artıq şəkərli diabet xəstəliyi vardır. Bu zaman mütləq endokrinoloqa müraciət olunmalıdır.

Mən 19 həftəlik ekizlərə hamiləyəmş TSH aşağı çıxıb 0.409 . Bu qorxuludu?

Narahat olmayın hamiləlik hormonlarının təsirindən TSH aşağı çıxa bilər ama hər halda bir müayinə və ultrason olunmağınız vacibdir.

Məndə tez-tez baş ağrısı olur, gözüm qaralır və halsız oluram. Səbəbi nə ola bilər?

Baş ağrıları həmişə xəstəlik əlaməti sayılmaz, amma atraflı müayinə olunmalısınız. Nevropatoloqla görüşsəniz daha yaxşı olar.

Həkim mən hardan bilərəm ki, məndə şəkərin miqdarı normadan artıqdır ya yox?

Qanda dəqiq şəkərin normadan artıq olub olamasini dəqiqləşdirmək üçün həkima müraciət etməlisiniz.

Demək olar ki , bütün günü acam. Şirniyyat esas rol oynayır həyatımda.Yeməsəm iş görə bilmərəm. 1il ərzində çəkim çox artıb. Nə edə bilərəm?

Səbəbləri müxtəlif ola bilər , məsələn, stres, susuzluq, vitamin D çatışmazlığı, qalxanabənzər vəzi xəstəlikləri və s., dəqiqləşdirmək üçün analizlər verilməlidir.

Həkimə sual verin

Suallar mümkün ən qısa zamanda cavablandırılır.