Ana səhifə Diabet Şəkərli diabetdə ən çox rast gəlinən ağırlaşmalar

Şəkərli diabetdə ən çox rast gəlinən ağırlaşmalar

Ən çox rast gəlinən ağırlaşmalardan: kəskin; hipo-hiperqlikemik komalar, xroniki; sürətli inkişaf edən və müalicəyə qarşı rezistent olan infeksiyalar, makro və mikrovaskulyar ağırlaşmaları (retino, neyro-, nefropatiyalar) qeyd etmək olar. Şəkərli diabet xəstələrinin müalicəsində “Diabet məktəbi” mühüm yer tutur və burada xəstələrə özünənəzarət, pəhriz, insulin müalicəsi zamanı diqqət ediləcək məqamlar, qan şakərinin ölçülməsi qaydaları, ayaq baxışı və s. öyrədilir. Biz diabet dərsləri zamanı əyani vasitələrdən (slayd, videofilmlər və s.) də istifadə edirik. Diabet dərslərinə gəlməyinizin Sizə faydaları vardır. Şəkərli diabetin müalicəsi, son olaraq yuxarıda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, xəstəliyi və ağırlaşmaları anlayaraq yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti və kontrolu altında etdirən şəxslərdə uğurlu ola bilər.

Paylaş: