Diabet ayaqlarınızı yaralanmalara və infeksiyalara qarşı həssas edir. Bunun səbəbi ayaqda və barmaqlardakı qoruyucu hissiyatın yavaş-yavaş itməsidir. Bir çox diabet xəstəsində illər içində ayaqlardakı qan dövranı zəifləyir. Hissiyyatın itməsi və qan dövranının zəifləməsi nəticəsində ayaqlarınızda yaralar və xüsusilə topuqlarınızda çatlar əmələ gələ bilər. Bu çatlarda və yaralarda infeksiya əmələ gəlmə riski yüksəkdir. Lazımi diqqəti göstərsəniz pis nəticələrdən qoruna bilərsiniz.
Şəkərli diabet ayaqlara necə ziyan vurur?
Kontrolsuz diabetə bağlı olaraq hissi sinirlərdə pozğunluq meydana gəlir. Bunu sizin başa düşməyiniz çətin ola bilər. Bu səbəblə həkiminiz hər müayinə zamanı ayaqlarınızda hissi qüsurların əmələ gəlməsini kontrol etməlidir. Əgər ayaqlarınızda uyuşma, qarışqa gəzmə hissi, pambıq üstündə gəzmə hissi və ya sıx corab geyinmə hissi varsa mütləq həkiminizə müraciət edin. Hissiyatın itməsi nəticəsində ayaqqabınızın ayağınızı sıxıb sıxmadığını bilmirsiniz. Hissiyatın itməsi nəticəsində isti soyuq kimi duyğuları ayırd etmirsiniz deyə ayağınızı isti suda və ya soba kənarında yandıra bilərsiniz. Buna görə ayağınızda hər zaman yaralar meydana gələ bilər. Buna görə ayağınızı hər gün yatmazdan əvvəl hər hansı bir qızartı və yara əmələ gəlib gəlmədiyini kontrol edin.
Şəkərli diabetdə ayağa necə qulluq etməliyəm?
Gündəlik ayaq müayinəsi:
– Ayağınızı hər gün kontrol edin
– Ayaqlarınızın daban hissəsini görə bilmək üçün güzgüdən istifadə edin.
– Ayağınızda ən xırda çat və ya yaranı mütləq həkiminizə və tibb bacınıza göstərin.
– Ayaq dəriniz zədəsiz və yumşaq olmalıdır. Ayağınızda təkrarlanan döyənəklərin olmamasına diqqət edin.
– Dırnaqlarınızın ətrafında qızartı və şişkinlik görsəniz həkiminizə müraciət edin.
Şəkərli diabetdə gündəlik istifadə etdiyim ayaqqabılar necə olmalıdır?