Piylənmə xəstəlikləri və metabolik sindrom
Xidmət sahəmizə aid piylənmə xəstəliklərinin müalicə və diaqnostikasında dünya standartları və protokollarına uyğun olaraq pasientləti qəbul edirik.Pasientdən diqqətli şəkildə anamnez alınaraq, şikayətlərə baxılır,sistemli bir fiziki müayinə edilərək qeyd edilir.BKİ (bədən kütlə indeksi) hesablanır, bel çevrəsi ölçülür, piylənmənin dərəcəsi təyin olunur. AQŞ, açlıq serum lipid profili (total-xolesterol, HDL- xolesterol, LDL-xolesterol və triqliseridlər),qaraciyər, böyrək testləri, tireoid testləri baxılır,USM-si (abdominal,tireoid) və EKG çəkilir.Lazım olan hallarda başqa həkim konsultasiyaları və irəli müayinələr edilir.Ehtiyac olduqda bu müayinələr bəlli aralıqlarda kontrol edilir.Yaşam tərzi dəyişiklikləri ilk məsləhəimiz olub, əhəmiyyəti xəstəyə aydın başa salınmalıdır.İdman və fiziki aktivlik mütləqdir və pasientlər motivasiya olunmalıdır.Burda hədəfimiz ilk 6 ayda bazal çəkinin azı 5%-i qədər kilo itkisidir.Yaşam tərzi dəyişikliyünə rəğmən BKİ≥30 kg/m2 yaxud, risk qrupunda olan BKİ= 27-29.9 kg/m2 olan pasientlərdə farmakoloji müalicə verilməlidir.Yaşam tərzi dəyişikliyi və dərmanlara cavab verməyən xəstələrdə BKİ ≥40 kg/m2 yaxud riskli qruplarda BKİ ≥35 kg/m2 olanlarda ikincili səbəblər araşdırıldıqdan sonra bariyatrik cərrahiyə düşünülə bilər.